Müsabiqəyə təqdim olunmalıdır:
Qrafik materiallar:
  • Mövqe sxemi və istinad planı (layihələndirilən ərazinin sərhədi göstərilməklə) (M 1:10 000) ;
  • Baş plan (konseptual sxem) (M 1:5 000). Burada ərazinin funksional zonalaşdırılması aparılmalı, əsas funksiyaları daşıyan ərazilər və əlaqələndirmə imkanları müəyyən edilməli, ümumi texniki-iqtisadi göstəricilər hesablanmalıdır. Kəndin təqdim olunmuş inkişaf istiqaməti və ərazisi tələb olunduqda dəyişdirilə bilər.
  • Kəndin ərazisinin tikinti-planlaşdırma həllinin eskiz təklifi (M 1:2000). Burada yerin relyefi nəzərə alınmaqla, layihələndirilən ərazinin sərhədləri daxilində tikililərin memarlıq-planlaşdırma və həcm-məkan həlli müəyyən edilməli, bütün növ tikililərin və təbii landşaft sahələrinin elementləri və həmçinin layihələndirilən qırmızı xətlər göstərilməlidir.

Qeyd: Çap materialları tikinti-planlaşdırma eskizinin tələblərinə uyğun hazırlanmalı, üzərində müvafiq işarələr (xətkeş və s.) göstərilməlidir.

  • Əsas küçələr boyu fasadların açılışı (M 1:100 – M 1:500);
  • 3D görünüşlər. Burada digər görünüşlərlə yanaşı, yaşayış, sosial, xidmət və s. təyinatlı binaların memarlıq obrazlarına dair təkliflər təqdim edilməlidir.
  • Landşaft memarlığı, kiçik memarlıq formaları və s. tərtibatlar;
  • Ərazinin nəqliyyat sxemi. Sxemdə nəqliyyat əlaqələri, optimal küçə yol şəbəkəsi, yaşıl əlaqələr (zolaqlar) göstərilməlidir.
  • Ərazinin mühəndis kommunikasiya təminatı sistemlərinin həlli konsepsiyası (sxemlər, ideyaları izah edən qrafik materiallar)
İzahat yazısı:
A4 formatda təqdim ediləcək izahat yazısında layihənin tarixi araşdırma nəticələrini, baxış (viziya), seçilmiş memarlıq obrazı, ideya, ideya açılışı, əraziyə təyin edilən funksiya (funksiyalar), əhalinin məşğulluğu, yaşayış, sosial, mədəni-məişət və s. təyinatlı ərazilərə dair əsas prinsip və yanaşmalar («ağıllı» kənd yanaşmaları nəzərə alınmaqla), müvafiq hesablamalar, texniki-iqtisadi əsaslandırmalar əks olunmalıdır (2-4 səhifə, arial 12 şrifti ilə).
Qiymətləndirmə meyarları :
Araşdırma və analizlər 0-10 bal
tarixi kontekstlə əlaqə, iqlim və s.
Layihə konsepsiyası 0-20 bal
əsas fikir, orijinallıq, simvolizm və s.
Bədii-qrafik həll 0-15 bal
vizual təqdimat
Layihə tapşırığının icrası 0-25 bal
layihə həllərinin əhatəliliyi və tamlığı
Memarlıq planlaşdırılması
cizgiləri 0-30 bal
planlar, fasadlar, 3D görünüşlər