Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
"Qədim Qarabağın yenilənən siması"
müsabiqəsinə start verir
Müsabiqə haqqında
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordu şanlı qələbə qazanaraq 30 il davam edən işğala son qoyduqdan və ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra uzun illər Ermənistan tərəfindən qarət edilərək tamamilə dağıdılmış ərazilərin və yaşayış məntəqələrinin dirçəldilməsi və bununla da Qarabağ regionunda normal yaşayışın bərpa edilməsi üçün müvafiq dövlət qurumları tərəfindən bir sıra irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Ərazilərin bərpasının planlı və nizamlanmış təşkili üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayanıqlı inkişafa dair şəhərsalma konsepsiyalarının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin gələcək simasının müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, işğaldan azad olunmuş ərazilərdə yerləşən müvafiq meyarlar əsasında qiymətləndirilməklə seçilmiş yaşayış məntəqələrinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Qədim Qarabağın yenilənən siması" adlı memarlıq müsabiqəsinə start verilir.

Müsabiqənin şərtləri
Ümumi mükafat fondu
60 000 AZN
İştirak haqqı
İştirak pulsuzdur
İştirak edə biləcək
Memarlar, urbanistlər, landşaft memarları, layihəçilər, fərdi iştirakçılar və komandalar, layihələndirmə sahəsində ixtisaslaşmış hüquqi şəxslər
Müsabiqəyə son qeydiyyat tarixi
15.07.2021
Layihənin son təqdim olunma tarixi
31.07.2021
Qaliblərin elan olunma tarixi
15.08.2021
Ərazi seçimi
İştirakçılar müəyyən edilmiş kəndlərdən bir və ya bir neçəsini seçə bilər. Seçilmiş hər bir kənd üzrə layihə ayrılıqda təqdim olunmalıdır
Layihənin təqdim edilmə dili
Azərbaycan dili
Layihə materiallarının formatı
Layihələr çap və elektron (pdf) versiyada təqdim edilməlidir
Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır. Elektron versiyası olmayan və müvafiq tələblərə uyğun olmayan işlər müsabiqəyə qəbul olunmur. Qrafik materiallar 80x100 sm ölçüsündə (nazik möhkəm əsaslar üzərində), 3 (üç) planşetdə təqdim olunmalıdır. Layihələr altı rəqəmli ədədlə ifadə olunan kod altında təqdim edilməlidir. Kod bütün layihə materiallarının, eləcə də kod zərfinin sağ tərəfində yuxarıda göstərilməlidir. Kod zərfində müsabiqə iştirakçıları barədə məlumatlar (soyadı, adı, atasının adı, layihə müəllifinin (müəlliflərin) ünvanı, onun (onların) hesab nömrələrinin rekvizitləri, layihə müəlliflər qrupu tərəfindən işlənibsə mümkün mükafatın müəlliflər arasında faizlə bölünməsini göstərən müqavilə) göstərilməlidir.
Müsabiqənin tapşırığı
Təqdim edilən layihələrdə Qarabağ kəndləri üçün ən yaxşı memarlıq planlaşdırma həlli və obrazı müəyyən edilməlidir.
Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.
Müsabiqəyə təqdim olunan layihələrdə aşağıdakıların nəzərdə tutulması əsas götürülməlidir:
  • yaşayış məskəninin gələcək sosial, iqtisadi texnoloji inkişafının həlledici istiqamətləri
  • yüksək bədii-estetik səviyyə
  • milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası
  • binaların və qurğuların memarlıq həllərində, abadlaşdırmada vahid yanaşmaların, standartların tətbiqi
  • təbii, tarixi, mədəni irsə hörmət
  • iqtisadi cəlbedicilik, sərfəlilik, davamlılıq və rasionallıq
  • təhlükəsiz yaşayış mühit
  • ərazi əlçatanlığı

Müsabiqə iştirakçıları tərəfindən layihə materialları hazırlanarkən seçilmiş kəndin yaxın ətrafı və kəndin daxil olduğu rayonun nəzərdə tutulan gələcək inkişaf istiqamətləri də nəzərə alınmalıdır. Bu baxımdan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Qarabağ bölgəsi üzrə hazırlanan Ümumi planın (Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının ərazisi daxildir) konseptual sxemində müəyyən edilmiş inkişaf istiqamətlərinin nəzərə alınması məqsədəuyğundur.


Müsabiqə üçün seçilmiş kəndlərin yerləşdiyi 5 rayonun hər biri potensialına və strateji əhəmiyyətinə görə digərlərindən fərqlənir:
Ağdam rayonu
Ağdam rayonunun sənaye və tikinti materialları istehsalı potensialı ərazidə sənaye parkı, sənaye məhəlləsi və yeyinti sənayesi müəssisələrinin yaradılması üçün əlverişli şərait yaradır. Rayonun böyük kənd təsərrüfatı potensialını nəzərə alaraq, kəndlərdə heyvandarlıq və bitkiçilik üzrə aqro-parklar yaradıla bilər. Konseptual sxemdə Ağdam şəhəri Qarabağ bölgəsinin Regional Mərkəzi kimi nəzərdə tutulur.

Rayon üzrə seçilmiş yaşayış məntəqələri:
    Füzuli rayonu
    Füzuli rayonunun kənd təsərrüfatı potensialı, təbii-iqlim şəraiti, zəngin bitki örtüyü burada bitkiçilik sahəsinin inkişafı, iri və xırdabuynuzlu mal-qara təsərrüfatlarının yaradılması, arıçılığın inkişafı üçün əlverişli şərait yaradır. Rayonda heyvandarlıq sahəsinin inkişaf perspektivlərinin daha çox olduğunu nəzərə alaraq, bu rayonda süd və ət emalı ilə məşğul olan zavodların yaradılması istehsalın dəyər zənciri üzrə inkişaf etdrilməsinə töhfə verə bilər. Heyvandarlığın inkişafı ilə yem istehsalı və gön-dəri emalı da inkişaf etdirilə bilər. Kənd təsərrüfatının inkişafı ilə aqro-turizm də inkişaf etdirilə bilər.

    Rayon üzrə seçilmiş yaşayış məntəqələri:
      Cəbrayıl rayonu
      Cəbrayıl rayonunda əkinçilik və maldarlığın inkişafı üçün böyük imkanlar vardır. Kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunması, məhsuldarlığın artırılması məqsədilə, habelə rayon ərazisində kənd təsərrüfatı torpaqlarının çox olmasını nəzərə alaraq aqrar sahədə intensiv texnologiyaların tətbiqini nəzərdə tutan bir neçə aqro-park yaradıla bilər. Rayon ərazisində xammal ehtiyatının olması tikinti materialları istehsalı üçün şərait yaradır.

      Rayon üzrə seçilmiş yaşayış məntəqələri:
        Kəlbəcər rayonu
        Kəlbəcər rayonunda kənd təsərrüfatı üzrə ənənəvi buğda və digər dənli bitkilərin, kartof və bostan məhsulları əkini, tütünçülük təşkil edilə bilər. Kəlbəcər şirin su ehtiyatları və bulaqlarla zəngindir. Bu ehtiyatlardan istifadə edərək müxtəlif balıqçılıq təsərrüfatları yaratmaq mümkündür. Heyvandarlığın müxtəlif növləri Kəlbəcərdə ənənəvi olaraq inkişaf etmiş sahələrdən biri olmuşdur. Rayonda əsas heyvandarlıq növləri üçün münbit şəraitin olduğunu nəzərə alaraq, heyvandarlıq təsərrüfatlarının yaradılması zamanı iri və xırda buynuzlu heyvanların saxlanılmasını əhatə edəcək kompleks fermer təsərrüfatlarının qurulması təklif oluna bilər. Rayonda emal sənayesinin inkişafı üçün də geniş imkanlar mövcuddur. Kəlbəcərdə bitən 200-ə yaxın növ müalicəvi xarakterli ot bitkiləri isə əczaçılığın inkişaf etdirilməsi üçün imkanlar yaradır.

        Rayon üzrə seçilmiş yaşayış məntəqələri:
          Laçın rayonu
          Laçın rayonunda əvvəllər qida və yeyinti sənayesi müəssisələri, yun və gön-dəri qəbulu müəssisəsi, tikinti materialları (asfalt, beton, mərmər, əhəng) istehsalı müəssisələri, ağac emalı müəssisələri, toxuculuq sexləri, daş karxanaları və s. fəaliyyət göstərmişdir. Bu sahələrin gələcək inkişaf imkanları tədqiq edilə bilər. Rayonda 20-dən artıq müalicə əhəmiyyətli suların (İlıqsu, Narzan) olduğunu nəzərə alaraq, burada Müalicə-İstirahət Kompleksinin yaradılması təklif edilə bilər. Laçının dağlıq relyefə sahib olması burada dağ turizminin inkişafı üçün də əlverişli şərait yaradır.

          Rayon üzrə seçilmiş yaşayış məntəqələri:
          Layihənin tərkibi
          Təqdim edilən layihələrin qrafik materiallarına, izahat yazılarına dair tələblərlə və qiymətləndirilmə meyarları ilə burada tanış olun:
            Münsiflər heyəti
            Müsabiqədə iştirak edən layihələri onlar qiymətləndirəcək:
            İlqar İsbatov
            Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini, Memarlıq üzrə fəlsəfə doktoru
            Elbay Qasımzadə
            Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor
            Gülçöhrə Məmmədova
            Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Memarlıq doktoru, professor
            Bünyad Qasımov
            “Bakı Abadlıq Xidməti" MMC-nin rəhbəri
            Abdul Hüseynov
            Memar
            Mükafatlandırma
            Müsabiqənin ümumi mükafat fondu
            60 000 AZN təşkil edir
            I yer
            5 000 azn və birinci dərəcəli diplom

            II yer
            3 000 AZN və ikinci dərəcəli diplom



            III yer
            2 000 AZN və üçüncü dərəcəli diplom
            Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatı təqdim ediləcək
            Ərazilər
            Seçilmiş yaşayış məntəqələrinə aşağıdakılar daxildir:
            Xəbərlər
            Bizimlə əlaqə
            Əlaqə vasitələri:
            +994 12 493 34 67

            Ad, Soyad:
            Əlaqə nömrəsi:
            Elektron ünvan:
            Müraciət: